Pentaqon rəhbəri İsrailə səfər edəcək

Pentaqon rəhbəri İsrailə səfər edəcək
Oxunma sayı: 794

ABŞ-ın müdafiə naziri Lloyd Ostin növbəti həftə İsrailə səfər edəcək.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu, Co Bayden administrasiyasının hökumət səviyyəsində Yaxın Şərqə ilk səfərdir.

Ostinin İsrailin Baş naziri Binyamin Netanyahu, müdafiə naziri Benni Qants və xarici işlər naziri Qabi Aşkenazi ilə görüşü gözlənilir. İsrailin rəsmi mənbələrindən verilən məlumata görə, gündəlikdə İran, Suriya və Livan daxil olmaqla, digər regional məsələlər olacaq.