Pentaqon Rusiya ilə nüvə müharibəsi ehtimalını açıqladı

pentaqon-rusiya-ile-nuve-muharibesi-ehtimalini-aciqladi
Oxunma sayı: 1336

ABŞ Strateji Komandanlığının rəhbəri admiral Çarlz Riçard ABŞ-ın Rusiya və ya Çin ilə nüvə müharibəsi ehtimalı olduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə Amerika Hərbi Dənizçilik İnstitutunun rəsmi nəşrinin fevral sayı üçün yazdığı bir məqalədə bildirib.

Admiral qeyd edib ki, SSRİ-nin dağılmasından sonra Pentaqon hər hansı bir nüvə gücü ilə birbaşa hərbi qarşıdurma ehtimalını qiymətləndirməyib, ancaq indi vəziyyət dəyişib: “Rusiya və ya Çin ilə regional bir böhran tez bir zamanda nüvə silahının tətbiq olunduğu münaqişəyə çevrilə bilər”.

Admirala görə, Vaşinqtonun düşmənlərinin tərəfindən nüvə silahından istifadə ehtimalını istisna etməsi səhv addımdır.