Pentaqon sözçüsü kobudluğuna görə işdən çıxarıldı

pentaqon-sozcusu-kobudluguna-gore-isden-cixarildi
Oxunma sayı: 1438

Pentaqonun mətbuat xidmətinin rəhbəri Dana Uayt işindən uzaqlaşdırılıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun bir müddətdir işçilərlə kobud rəftar etməsi olub. Aparılan araşdırmalarda iddialar özünü doğruldub və Dana işdən çıxarılıb.

Pentaqondan verilən yazılı açıqlamada bu gündən etibarən sözügedən vəzifənin Çarli Sammers tərəfindən icra olunacağı bildirilib.