ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (СЕНТКОМ) nümayəndələri aviasiyasının martın 16-də Suriyanın Əl-Cina kəndində məscidi vurduqlarını etiraf ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, aparılan araşdırmaların nəticəsi bunu deməyə imkan verib. Daha əvvəl hücum nəticəsində onlarla dinc sakinin həlak olduğu bildirilib.
Kanal qeyd edir ki, ABŞ Hərbi Qüvvələrinə dini məqsədlər üçün istifadə olunan binalara zərbələr endirməyə qadağa qoyulub. Eyni zamanda bu xəstəxanalara və məktəblərə aiddir. Ancaq sözügedən binalarda terrorçular olduqda və dinc sakin olmasa, bu məhdudiyyət aradan götürülə bilər.
Son xəbərlər
Son Xəbərlər