Pentaqonun Baş Qərargah rəisi istefa verdi

pentaqonun-bas-qerargah-reisi-istefa-verdi
Oxunma sayı: 1206

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Baş Qərargah rəisi Kevin Svini istefa verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib.

“Pentaqonda iki illik fəaliyyətimdən sonra özəl sektora qayıtmaq vaxtı gəlib çatıb. Mənim üçün Müdafiə Nazirliyində xidmət göstərmək şərəf olub”, - deyə K. Svini bəyanatında bildirib.