Pentaqonun məlumatlarını o oğurlayıb - İngilis haker etiraf etdi

pentaqonun-melumatlarini-o-ogurlayib
Oxunma sayı: 765

İngilis haker Sean Kafri ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məlumat bazasına etdiyi kiber hücumu etiraf edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı haker Birminqem Məhkəməsində hakim qarşısına çıxarılıb.

Kafri 2014-cü ildə Pentaqonun peyk sistemlərində 800-dən çox istifadəçisinin, həmçinin 30 min telefonun məlumatlarını ələ keçirdiyini etiraf edib. Kiber hücum nəticəsində Pentaqona 500 min funt sterlinq ziyan dəydiyi bildirilir.

Ona veriləcək cəzanın avqustda elan olunması gözlənilir.