“People” dünyanın ən gözəl qadınını seçdi - Fotolar

“People” dünyanın ən gözəl qadınını seçdi
Oxunma sayı: 1736

Amerikanın nüfuzlu “People” jurnalı dünyanın ən gözəl qadınını seçib. “Qafqazinfo” xəbər verir ki, bu ünvana populyar aktrisa Cennifer Qarner layiq görülüb. 

Məlumatı 47 yaşlı serial və kino ulduzunun özü qonaq olduğu “The Ellen DeGeneres Show” adlı proqramda açıqlayıb. O, amerikalı model Kayya Qerberin bu ada sahib olacağını düşünüb:

“Hamının gözlədiyi kimi, mən də Qerberin seçiləcəyini düşünürdüm. Amma mən oldum. Çox qəribədir”.