Bu gün Gəncə şəhərində yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, şəhərin Vaqif küçəsində peraşki satışı köşkündə qəfildən alov başlayıb. Hadisə yerinə FHN-in Gəncə Regional Yanğından Mühafizə İdarəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində alov söndürülüb.
Yanğın zamanı köşkün üzərindən keçən elektrik kabelləri də yanaraq sıradan çıxıb.
İlkin versiyaya görə, yanğına peraşki bişirilən köşkdə olan maye qaz balonu səbəb olub.