Peres yenidən “Real” prezidenti oldu

peres-yeniden-real-prezidenti-oldu
Oxunma sayı: 892

Florentino Peres yenidən "Real"ın prezidenti seçilib.

“Qafqazinfo” AS-a istinadən xəbər verir ki, 74 yaşlı funksionerdən başqa şəxs namizədlik irəli sürmədiyi üçün o, avtomatik prezident olub. Peres 2025-ci ilədək bu vəzifəni icra edəcək.

Həmçinin Peres “Real”ın büdcəsinə 124 milyon avro (klub büdcəsinin 15 faizi) gəlir gələcəyinə zəmanət verən yeganə şəxs olub.