Peris Hilton biznesmen sevgilisinə ərə getdi - Fotolar

Peris Hilton biznesmen sevgilisinə ərə getdi
Oxunma sayı: 7845

40 yaşlı amerikalı aktrisa, müğənni Peris Hilton və onun 40 yaşlı biznesmen sevgilisi Karter Reum iki illik münasibətdən sonra evləniblər. 

“Qafqazinfo” “Spletnik.ru”ya istinadən xəbər verir ki, cütlüyün toyu gəlinin mərhum babası, biznes maqnatı Berron Hiltonun Bel-Eyrdə yerləşən dəbdəbəli malikanəsində baş tutub. 

Perisin gəlinliyi “Oscar de la Renta”dan olub. Qonaqlar arasında Emma Roberts, Eşli Benson, Bibi Reksa, Cordan Barrett, Pola Abdul və s. məşhurlar yer alıb. 

Qeyd edək ki, cütlük bu ilin fevralında nişanlanıb.