Perisiç və Kovaçiç millimizlə oyundan danışdılar -

perisic-ve-kovacic-millimizle-oyundan-danisdilar-
Oxunma sayı: 699


“Qafqazinfo” xəbər verir ki, Mateo Kovaçiç və İvan Perisiç sabahkı qarşılaşmadan danışıblar. 

Perisiç Azərbaycan və Norveçə qarşı keçirəcəkləri matçların asan olmayacağını bildirib: “Bizim qarşıdakı iki görüşümüz asan olmayacaq. Biz iki görüşdən 6 xal gözləyirik. Azərbaycanla oyundakı nəticə Norveçlə matçımıza da təsir edəcək. Robert Prosineçkinin komandası ilə görüşmək də maraqlı olacaq. Onun komandası addım-addım irəliləyir. Bizimlə görüşdən sonra ona bütün oyunlarda uğurlar arzu edirəm. Bildiyimə görə oyunun keçiriləcəyi stadionun (“Bakcell Arena”) qazonu yaxşı vəziyyətdə deyil. Həmçinin, Azərbaycanda havalar çox istidir. Bütün bunlar problem olsa da, qalib gəlmək istəyirik”.

Madrid “Real”ında çıxış edən Mateo Kovaçiç yalnız qələbə haqqında düşündüklərini qeyd edib: “Azərbaycana səfər çox maraqlı olacaq. İnanıram ki, azarkeşlər də maraqlı oyuna şahidlik edəcəklər. Çalışacağıq ki, qələbə qazanaq. Heç bir problemə baxmayaraq 3 xal üçün meydana çıxacağıq. Bizi ancaq qələbə düşündürür”.

“Qafqazinfo”