Perm şəhərinin baş müstəntiqi ölü tapıldı

perm-seherinin-bas-mustentiqi-olu-tapildi
Oxunma sayı: 2328

Rusiya İstintaq Komitəsinin Perm Ərazi Baş İdarəsinin rəisi, polkovnik Sergey Sarapultsev ölü tapılıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya istintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib. Faktla bağlı prosedur yoxlamalara başlanılıb.

Sarapultsevin evinin yerləşdiyi küçəyə giriş bağlanıb, ərazidə polis araşdırmalara başlayıb. Qeyd edək ki, Sarapultsev prezidentin sərəncamına əsasən, 2018-ci ildə Perm Ərazi Baş İdarəsinin rəisi təyin olunub.