Permdə universitetə hücum edən tələbənin ayağı amputasiya olundu

permde-universitete-hucum-eden-telebenin-ayagi-amputasiya-olundu
Oxunma sayı: 3088

Rusiyanın Perm Universitetinə silahlı hücum edərək 8 nəfəri qətlə yetirən I kurs tələbəsi Timur Bekmansurovun ayağı amputasiya olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə life.ru məlumat yayıb. Bildirilir ki, Bekmansurov reanimasiyadadır və hələlik şüuru qapalıdır. Həkimlər onun vəziyyətini son dərəcə ağır qiymətləndirir.

Permdə atışma törədən tələbə əməliyyat olundu

Xatırladaq ki, Timur Bekmansurov silahlı hücumu sentyabrın 20-də təşkil edib. 20-dən çox insan yaralanıb. Timur özü isə saxlanılarkən müqavimət göstərdiyi üçün güllə yaraları alıb.