Perspektivli peşələrin - Siyahısı

perspektivli-peselerin
Oxunma sayı: 5820

Gələcəkdə məşhur olacaq və tələbatlı peşələrin siyahısı açıqlanıb.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, ən perspektivli peşələr sırasında ilk yeri rəqəmsal mühəndislər tutub.

Sonrakı sıralarda isə robotşünaslar, kompüter sistemlərini analiz edən menecerlər, kibertəhlükəsizlik üzrə mütəxəssislər qərarlaşıblar.

Eyni zamanda məlum olub ki, yaxın illərdə bir sıra peşələri robotlar tam əvəz edə biləcəklər. Bu peşə sahələrinə marketoloqlar, müəllimlər, treyderlər, proqramçılar, mühasiblər aiddir.