Peru Braziliyaya rəqib oldu - Video

peru-braziliyaya-reqib-oldu
Oxunma sayı: 1251

Amerika Kubokunda ikinci finalçı bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, yarımfinalın ikinci duelində Peru və Çili qarşılaşıb. 3:0 hesablı qələbə qazanan Peru həlledici oyuna vəsiqə qazanıb.

Amarika Kubokunun finalında Braziliya və Peru üz-üzə gələcək. İyulun 7-də keçiriləcək görüş Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Argentina və Çili üçüncü yer uğrunda qarşılaşacaq. Oyun iyulun 6-da, Bakı vaxtı ilə 23:00-da reallaşacaq.

Çili - Peru - 0:3

Qollar: Edison Flores, 21, Yoşimar Yotun, 38, Paolo Gerrero, 90