Peruda polislər mərəçüyüd yükünün içərisində gizlədilmiş 2 ton kokain müsadirə ediblər.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.
Narkotik maddə tərəvəz və ot məhsullarının istehsalıyla məşğul olan şirkətin ərazisində ələ keçirilib.
Hadisə yerində kokaini xaricə göndərməyə çalışan 4 Peru və 1 Serbiya vətəndaşı saxlanılıb.
Prokurorluğun məlumatına görə, 2015-ci ildə ümumilikdə 44 ton narkotik ələ keçirilib.
Son xəbərlər
Son Xəbərlər