Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexo dövlət başçısı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Qafqazinfo" xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri, hörmətli cənab Prezident.
Azərbaycanın Milli Bayramı - Respublika Günü münasibəti ilə Sizi Peru Hökuməti və xalqı adından, həmçinin öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar bayram münasibətilə Azərbaycan xalqına sülh və firavanlıq diləyərək ən xoş arzularımı çatdırır, ikitərəfli əlaqələrimizi əks etdirən dostluq və əməkdaşlıq münasibətlərimizin daha da güclənməsini diləyirəm.
Zati-aliləri, Sizə bir daha öz dərin ehtiramımı bildirirəm".
Son xəbərlər
Son Xəbərlər