Peruda 5,3 bal gücündə zəlzələ olub

peruda-53-bal-gucunde-zelzele-olub
Oxunma sayı: 746

Perunun mərkəzində 5,3 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki,  bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar paytaxt Limadan 289 kilometr cənub-şərqdə, 57 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur.