Peruda 6,1 bal gücündə zəlzələ olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Peru Geofizika İnstitutu Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Bildirilib ki, dərinliyi 36 kilometr olan zəlzələ ölkənin şimalındakı Sullana şəhərinin 12 kilometr qərbində baş verib.
İlkin məlumata görə, üçü ağır olmaqla, 43 nəfər yaralanıb.
Qeyd edək ki, Peru dünyanın seysmik hərəkətlənmələrin ən çox müşahidə olunduğu ölkələrindən biridir. Ölkə “Alov dairəsi” adlanan Sakit Okean Zəlzələ Qurşağının üzərində yerləşir.
Son xəbərlər
Son Xəbərlər