Peruda 7,5 bal gücündə zəlzələ olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təkanlar Moyobamba şəhərindən 191 kilometr məsafədə meydana gəlib.
Zəlzələdə dağıntılar, ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. Zəlzələ Braziliya, Kolumbiya və Ekvadorda da hiss olunub.
***
Zəlzələ zamanı 15-dən çox bina uçub, xəsarət alanlar var. Bu barədə ölkənin Fövqəladə Hallar üzrə Milli Mərkəzinin Tvitter səhifəsində yazılıb. Xəsarət alanların sayı öyrənilir.
***
Zəlzələ nəticəsində bir nəfərin öldüyü, on bir nəfərin isə yaralandığı açıqlanıb.
Yeraltı təkanlar 55 binanı yaşamaq üçün yararsız hala salıb.
Son xəbərlər
Son Xəbərlər