Peruda daşqın qurbanlarının sayı 113-ə çatıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallarda fəaliyyət üzrə Milli Mərkəz məlumat yayıb.
Məlumata görə, daha 17 nəfər itkin düşüb.
Ümumilikdə təbii fəlakət nəticəsində xəsarət alanların sayı 400-dən çoxdur. Daşqınlar ümumilikdə 1 milyondan çox insana zərər dəyib, 20 mindən çox ev, 53 məktəb, 11 tibb mərkəz və 316 körpü dağılıb.
Son xəbərlər
Son Xəbərlər