Peruda daşqın qurbanlarının sayı artır

peruda-dasqin-qurbanlarinin-sayi-artir
Oxunma sayı: 795

Peruda baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 62-yə çatıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Globovision” kanalı məlumat yayıb.

Təbii fəlakətə Sakit okeanındakı “El-Ninyo” iqlim fenomenin səbəb olduğu bildirilib. Fəlakət ölkənin 25 regionundan 20-ni əhatə edib. 62 nəfər artıq daşqınların qurbanı olub. 70 nəfər xəsarət alıb. Daha  11 nəfər isə itkin düşüb. 

Ölkənin paytaxtı Limada dərslər dayandırılıb.