Peruda güclü zəlzələ - 6,6 bal

peruda-guclu-zelzele
Oxunma sayı: 697

Perunun cənubunda 6,6 gücündə zəlzələ baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi seysmoloji mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar 21.05-də (Bakı vaxtı ilə 06.05) Kamana şəhərindən 104 km qərbdə, 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Komandor adaları yaxınlığında, Berinq dənizində 7,4 bal gücündə zəlzələ baş verib