Pərvanə İbrahimova BDU-dan ayrıldı

pervane-ibrahimova-bdu-dan-ayrildi
Oxunma sayı: 5099

Jurnalist Pərvanə İbrahimova Bakı Dövlət Universitetində Mətbuat-informasiya şöbəsinin müdiri vəzifəsindən ayrılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı özü sosial şəbəkədə yayıb. Bildirib ki, artıq pedaqoji fəaliyyətlə məşğul olacaq:

“Taleyim Bakı Dövlət Universiteti ilə bağlananda 17 yaşım var idi. 26 ildir ki, tələbə adını qazanıb Bakıya gəldiyim gündən hər səhər bu əzəmətli universitetin darvazalarından keçmək şərəfini yaşamışam. 2000-ci ildən Mətbuat-informasiya şöbəsində fəaliyyət göstərmişəm. 

Artıq o, yeni adla, mən də pedaqoji fəaliyyətlə yola davam deyirik!”