Pərvin Kərimzadənin elmi fəaliyyətinin əsasını vətən tarixi təşkil edir

pervin-kerimzadenin-elmi-fealiyyetinin-esasini-veten-tarixi-teskil-edir
Oxunma sayı: 1019

37 saylı Nizami Birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Pərvin Kərimzadə özünün facebook səhifəsində Gəncənin tarixindən bəhs edən Rusiyanın nüfuzlu “Вопросы истории” jurnalında dərc olunan növbəti məqaləsinin bu günlərdə qlobal elmi baza olan “Web of Science Core Collection” platformasına daxil edildiyi haqqında status paylaşıb.

“Məqalədə Gəncədə XX əsrin əvvəllərində təhsilin vəziyyəti, təhsilin formalaşan milli hərəkata təsiri, Gəncənin milli hərəkatın mərkəzinə çevrilməsi məsələləri araşdırılıb” -deyə, Pərvin Kərimzadə bildirib.

“Qafqazinfo” xəbər veri ki, Qarabağ məsələsi, Gəncə tarixi Pərvin Kərimzadənin elmi fəaliyyətinin əsasını təşkil edir. O cümlədən, XX əsrin əvvəllərində Gəncədə milli hərəkat, ilk milli partiyalar, Gəncənin tanınmış şəxsiyyətləri (Ə.Rəfibəyli, M Pişnamazzadə, A.Ziyadxanov, İ.Ziyadxanov və başqaları), 1905-1906-cı illərdə Gəncədə ermənilərin törətdiyi təxribatlar, və digər mövzularla bağlı Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrinin (Türkiyə, Fransa, Almaniya, Rusiya, Ukrayna, Gürcüstan və s.) nüfuzlu elmi nəşrlərində, web of science bazasına daxil olan yüksək impakt faktorlu jurnallarda elmi məqalələri dərc edilib.

Elmi fəaliyyətinin əsasını Vətən tarixi, xüsusən də erməni-Azərbaycan münaqişəsi, doğma Gəncə tarixi təşkil edən Pərvin Kərimzadənin daşnaksyutun partiyasının terrorçu fəaliyyətini ifşa edən məqaləsinin xarici ölkələrin mötəbər jurnallarında dərc edilməsi onun Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində apardığım işlərdən biridir.

Qeyd edək ki, Pərvin Kərimzadə V çağırış Azərbaycan Milli Məclisinin üzvüdür, Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərində onun namizədliyini 37 saylı Gəncə Birinci Seçki Dairəsindən irəli sürülüb. Pərvin Kərimzadə Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili, tarix elmləri üzrə fəlsəfə doktorudur.