Pərvin Kərimzadənin seçicilərlə görüşləri davam edir - Video+ Fotolar

pervin-kerimzadenin-secicilerle-gorusleri-davam-edir
Oxunma sayı: 1680

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd Pərvin Kərimzadə növbəti görüşlərini Mir Cəlal Paşayev, Qara Namazlı və İsmət Qayıbov küçələrinin sakinləri ilə keçirib.

“Qafqazinfo”nun məlumatına görə, böyük ruh yüksəkliyi ilə keçən görüşlərdə Pərvin Kərimzadə seçicilərə parlamentdəki və beynəlxalq arenadakı fəaliyyəti haqqında məlumat verib, Prezident İlham Əliyevin məqsədyönlü siyasətindən, eləcə də, ölkədə gedən kadr, iqtisadi-siyasi islahatlardan danışıb.

Pərvin Kərimzadənin V çağırış Azərbaycan Milli Məclisinin deputatı kimi fəaliyyət göstərdiyi vaxtlardan tanıdıqlarını, elm və təhsil sahəsində fəaliyyətini yüksək dəyərləndirdiklərini bildirən seçicilər bu günün, gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini qeyd ediblər.

Səmimi söhbət zamanı Pərvin Kərimzadə seçiciləri maraqlandıran sualları cavablandırıb, onları narahat edən bir neçə problemlə bağlı aidiyyatı qurumlar qarşısında məsələ qaldıracağını bildirib.