Pərvin Səidədən də üzr istədi

pervin-seideden-de-uzr-istedi
Oxunma sayı: 1151

Aktrisa Pərvin Abıyeva “Maşın” realiti-şousunda hər kəsdən, eyni zamanda müğənni Səidə Sultandan üzr istəyib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb onun ötən gün Səidəylə söz davasına çıxmasıdır. Abıyeva qeyd edib ki, sözügedən şouya ölkədə kiçikdən böyüyə çox adam baxır:

“Dünən isterika keçirdim. Məndən balacalardan da, böyüklərdən də üzr istəyirəm. Səidə xanım da məndən böyükdür, hətta ondan da üzr istəyirəm”.

Xatırladaq ki, ötən günkü efirdə onlar arasında mübahisə düşüb, tanınmışlar bir-birini təhqir ediblər. Səs rejissorları efirdə səsi alaraq onların danışıqlarının eşidilməsinə maneə olublar.