Pərvini tənqid etdilər - Bu fotolara görə

pervini-tenqid-etdiler
Oxunma sayı: 3456

Aktrisa Pərvin Abıyeva sosial şəbəkədə tənqidlərə məruz qalıb. “Qafqazinfo” xəbər verir ki, buna səbəb Pərvinin instaqramda paylaşdığı yeni fotolarıdır. 

Aktrisa qarın əzələlərini nümayiş etdirdiyi fotolarını 1 milyona yaxın izləyicisi ilə bölüşüb. Ancaq Abıyevanın sözügedən görüntüsü birmənalı qarşılanmayıb.  Kifayət qədər çəki atan və tamamilə dəyişən Pərvinin sözügedən şəkillərinə 500-ə yaxın rəy yazılıb. 

İnstaqram istifadəçiləri aktrisanın son görüntüsünü bəyənməyib. Belə ki, “Pərvinin qabırğaları sayılır”, “Elə bil qocalıbsan”, “Əvvəllər daha yaxşı bədənin var idi”, “Arıqlıq sizə yaraşmır” tipli şərhlər yazılıb.