“Survivor- 2020” yarışmasından kənarlaşdırılan iştirakçıların Türkiyəyə qayıtma tarixi məlum olub.
“Qafqazinfo” xəbər verir ki, koronavirus səbəbi ilə şounun keçirildiyi Dominikan Respublikasında qalan tanınmışlar mayın 14-də İstanbula gətiriləcək. Onlar Türkiyə Hava Yollarına (THY) məxsus təyyarə ilə geri qayıdacaq, 14 gün karantində saxlanıldıqdan sonra evlərinə yola salınacaq.
Bir neçə həftə bundan əvvəl “Survivor”dan çıxarılan azərbaycanlı idmançı Pərviz Abdullayev də iştirakçılar arasında olacaq. O, 14 günlük özünütəcriddən sonra Azərbaycana gələcək.
Son xəbərlər
Son Xəbərlər