Pərviz Abdullayev Sergen Yalçınla futbol oynadı - Video

perviz-abdullayev-sergen-yalcinla-futbol-oynadi
Oxunma sayı: 2343

Türkiyənin məhşur “Survivor” yarışmasında futbol matçı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüş “Survivor All Star” komandası ilə “Acun Media” arasında baş tutub. Matç “Acun Media”nın 6:2 hesablı qələbəsiylə başa çatıb.

“Survivor All Star” komandasının heyətində azərbaycanlı idmançı, kikboksinq üzrə 6 qat dünya çempionu Parviz Abdullayev də iştirak edib. Digər komandada isə “Beşiktaş”ın sabiq baş məşqçisi Sergen Yalçın oynayıb. Təcrübəli mütəxəssis bu matçda 1 qol və 1 qol ötürməsi ilə yadda qalıb.