Pərviz Həşimli bəyanat verdi

perviz-hesimli-beyanat-verdi
Oxunma sayı: 662

Təşkilatdan “Qafqazinfo”ya daxil olan bəyanatda qeyd olunur ki, Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılının, Müsavat Partiyası Gənclər Komitəsinin sədri Tural Abbaslının və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksioneri Məhəmməd Məcidlinin 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barədə 2 illik şərti cəza müəyyən edən qərarın çıxarılması Azərbaycanın məhkəmə sisteminin icra hakimiyyəti orqanından asılı qurum olmasını və sifarişli qərar çıxarmasını bir daha təsdiq edib: “Məhkəmə proseslərinin monitorinqi zamanı şahid ifadələrinin ziddiyyətli olması, vəkillər tərəfindən qaldırılan vəsatətlərin bütövlükdə rədd edilməsi bu prosesin qeyri-obyektiv aparıldığını göstərmiş oldu.

Məhkəmədə müdafiə tərəfinin israrlarına baxmayaraq, audio yazılışa və video çəkilişə icazə verilməməsi də açıq məhkəmənin əslində qapalı aparıldığını göstərdi. Prosesdə müdafiə tərəfinin çıxışlarının məhkəmə iclası protokolunda olduğu kimi əks olunmaması, bəzi hallarda təhrif edilərək yazılması halları da olub. Bütün bunları nəzərə alaraq, Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzi hesab edir ki, çıxarılan məhkəmə hökmləri sifarişli olub.
Müxalifət fəallarına qarşı çıxarılan bu qərar həm də Azərbaycanda vətəndaşların konstitusion hüquqları olan sərbəst toplaşmaq azadlığı hüquqlarının məhdudlaşdırılmasının bir daha əyani sübutu olub”.