Fevralın 22-də itkin düşən montajçı Pərviz Quliyevin meyitinin fevralın 27-də Sumqayıt şəhərində asılmış vəziyyətdə tapılması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, meyitin müayinəsi üçün məhkəmə tibb ekspertizası təyin edilib.
P.Quliyevin intiharının səbəblərinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər