TV 8-də yayımlanan reytinqli “Survivor” yarışmasından gedəcək namizədlərin adları açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, dünənki toxunulmazlıq oyununda “Könüllülər” komandası “Məşhurlar”a qalib gəlib.
Sözügedən mərhələdə uduzan məşhurların səsverməyə çıxacaq iki namizədi məlum olub. Onlar Ezgi Hocaoğlu və kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevdir.
Daha iki nəfər də namizəd göstəriləcək və çərşənbə axşamı adanı tərk edəcək şəxsin kimliyi səsvermə nəticəsində müəyyənləşəcək.
Son xəbərlər
Son Xəbərlər