“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin və rayon ictimaiyyətinin adından idarənin bütün əməkdaşlarını peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək onlara işlərində uğurlar arzulayıb.
Ş.İbadov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında düşməni hər an məhv etmək iqtidarına malik nizamlı ordumuzun gün-gündən daha da gücləndiyini, inkişaf etdiyini qeyd edərək, ordu quruculuğu istiqamətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yarandığı üç il ərzində əsaslı işlərin görüldüyünü bildirib.
Xidmətin şəxsi heyətinin dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacağına əminlik ifadə olunub.
Sonda xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.
Son xəbərlər
Son Xəbərlər