Peşə standartlarından təhsil standartlarına doğru

pese-standartlarindan-tehsil-standartlarina-dogru
Oxunma sayı: 637

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, seminarda məqsəd ölkədə insan kapitalının inkişaf etdirilməsi, əmək bazarının tələblərinə uyğun peşə standartlarının hazırlanması və tətbiqi nəticəsində rəqabət qabiliyyətli kadr potensialının formalaşdırılması, bunun vasitəsilə əhalinin məşğulluğunun artırılması, eləsə də peşə standartları əsasında təhsil standartları, tədris planları və proqramlarının hazırlanması üçün prosedurların müəyyən edilməsi, bu işlərdə sahə komitələrinin iştirakı və digər məsələlərin müzakirə edilməsi olub. Seminar həmçinin Azərbaycanda Milli İxtisas Çərçivəsinin tətbiqinə dəstək məqsədinə xidmət edib.

Seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və əmək bazarının tənzimlənməsi şöbəsinin müdiri Vahab Məmmədov bu istiqamətdə görülən işlər, əldə olunan nailiyyətlər, qarşıda duran vəzifələr barədə geniş məlumat verib.

Daha sonra mövzu ilə bağlı hökumət, elmi-tədqiqat institutları və qeyri-hökumət təşkilatları nümayəndələri, eyni zamanda, beynəlxalq ekspertlər tərəfindən prezentasiyalar, o cümlədən suvaqçı, otel inzibatçısı və fermer peşələri üzrə peşə standartları nümunələri təqdim edilib.

Tədbirin sonunda seminarda iştirak edən dövlət nümayəndələri, işəgötürənlər və həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları nümayəndələri məsələlər ətrafında diskussiyalara qatılıb, seminarın nəticələrindən irəli gələn fəaliyyətlər, eyni zamanda, növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.