Peşəkar Futbol Liqası “Qarabağ”a güzəşt etdi

pesekar-futbol-liqasi-qarabaga-guzest-etdi
Oxunma sayı: 1646


 “Qafqazinfo” xəbər verir ki, “idmanxeber.com”un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Lənkəranda baş tutmalı olan oyun Ağdam klubunun istəyi ilə Bakıda keçiriləcək.

Məsələylə bağlı PFL-in və Cənub klubunun razılığı əldə olunub. "Köhlən atlar" səfərdəki matçı öz meydanında keçirərək, qızıl medallara da Bakıda, Respublika stadionuna sahib çıxacaq. 

Bir daha qeyd edək ki, Lənkəranda keçirilməli olan "Xəzər Lənkəran" - "Qarabağ" matçı Bakıda baş tutacaq.