“Peşəkar futbolçunun belə, maddi marağı olur”

pesekar-futbolcunun-bele-maddi-maragi-olur
Oxunma sayı: 928

“Əfsuslar olsun ki, 2012-ci ildə AEK klubundakı vəziyyət heç də xoş deyildi. Həmin vaxt klubda maliyyə böhranı var idi. Buna görə də, Azərbaycana köçməli olmuşdum”.

“Qafqazinfo” Apasport.az-a istinadən xəbər verir ki, bu sözləri yunanıstanlı hücumçu Dimitris Sialmas deyib.
Ölkəsinin mətbuatına geniş müsahibə verən 30 yaşlı futbolçu söhbət əsnasında Azərbaycandakı karyerasını da yada salıb.

2012/2013 mövsümündə “Xəzər Lənkəran”ın formasını geyinmiş Sialmas həmin vaxt AEK-dən daha çox pul qazanmaq məqsədilə ayrıldığını etiraf edib: “O vaxtdan bəri haqqımda çox şeylər yazılıb. İstəyirəm ki, AEK-in fanatı olduğumu hər kəs bilsin. Problemlərə rəğmən, həmin il komanda üçün uğurlu alınmışdı. AEK-dən sonra başqa ölkəyə yollandım. Azərbaycanda qazandığım pullar Yunanıstan futbolunda heç vaxt olmayacaq. Bəlkə də, ora getməklə səhv addım atdım, qalıb, AEK-ə kömək etməli idim. Həmin vaxt qərar vermək mənim üçün çətin idi. Çünki hər peşəkar futbolçunun belə, maddi marağı olur”.

Qeyd edək ki, Sialmas hazırda karyerasını İsveçin “Akropolis” klubunda davam etdirir.