"Xüsusi peşə sahibi deyiləndə ilk olaraq insanın ağlına polislər, həkimlər gəlir. Təbii ki, onların əməyi danılmazdır".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri "Azerenerji" ASC-nin əməkdaşı Səxavət Mirzəyev COVID-19 infeksiyası ilə mübarizədə ön cəbhədə dayanan peşə sahiblərinə həsr olunan konsert proqramında deyib.
Qurum əməkdaşı daha sonra əlavə edib:
"Amma pandemiya bizi bir çox şeyə yenidən baxmağa vadar etdi. Çətinliklər insanları daha məsuliyyətli, daha diqqətli olmağa məcbur edir. Mən və "Azerenerji"dəki iş yoldaşlarım bu məsuliyyəti yaxşı dərk edirik. Vətənimiz, dövlətimiz üçün əlimizdən gələni əsirgəmirik. Peşəmizin digər xüsusi peşələr qədər vacibliyini anlayırıq və bununla qürur duyuruq. Hər bir çətinliyin öhdəsindən biz yalnız bir olsaq gələ bilərik. Biz birlikdə güclüyük".
Son xəbərlər
Son Xəbərlər