Peskov koronavirusdan sağaldı

peskov-koronavirusdan-sagaldi
Oxunma sayı: 1241

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov koronavirusdan sağalıb və xəstəxanadan buraxılıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə o “RİA Novosti”yə bildirib.

“Bu, doğrudur”, - xəstəxanadan buraxılıb-buraxılmaması barədə sualını cavablandıran Peskov deyib.

"İnterfaks"ın yazdığına görə, siyasətçi iki həftə evində özünütəcrid şəraitində qalacaq. 

Xatırladaq ki, daha əvvəl D.Peskovun xanımı, tanınmış rəqqasə- fiqurist Tatyana Navka koronavirusdan sağalmışdı.