Peskov oğlu ilə bağlı məsələyə aydınlıq gətirdi

Peskov oğlu ilə bağlı məsələyə aydınlıq gətirdi
Oxunma sayı: 6462

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov oğlu Nikolay Peskovun könüllü olaraq orduya yollanmaqdan imtina etməsi ilə bağlı gündəmə gəlməsinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, Peskov oğlunun sözlərinin ümumi kontekstdən çıxarıldığını bildirib.

Onun sözlərinə görə, söhbətin tam mətni paylaşılmayıb. Peskov qeyd edib ki, oğlu onu məsələ ilə bağlı məlumatlandırıb və efir zamanı tərəflər arasında gedən söhbətin tam məzmunu ilə tanışdır.

Bununla belə, D.Peskov məsələ ilə bağlı əlavə açıqlama verməkdən imtina edib.