Peskov oğlunun xüsusi əməliyyatda iştirakını təsdiqlədi

peskov-oglunun-xususi-emeliyyatda-istirakini-tesdiqledi
Oxunma sayı: 2783

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov oğlu Nikolayın Ukraynadakı xüsusi əməliyyatda iştirak etdiyini təsdiqləyib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Peskov oğlunun vaxtı ilə Rusiya Silahlı Qüvvələrində xidmət etdiyini deyib:

“O, öz borcunu yerinə yetirib. İndi də belə bir qərar verib. Amma mən bu barədə daha çox danışmaq istəmirəm”.

Qeyd edək ki, Dmitri Peskovun oğlu Nikolay Peskov Ukraynada təxminən 6 ay Rusiyanın muzdlu şirkəti “Vaqner”in tərkibində döyüşdüyünü açıqlayıb.