Peskov postunda qaldı, Patruşevə bu vəzifə verildi - Siyahı

peskov-postunda-qaldi-patruseve-bu-vezife-verildi
Oxunma sayı: 7049

Rusiya dövlət başçısı Vladimir Putin Prezident Administrasiyası rəhbərliyinə təyinatlar haqqında Fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Anton Vayno yenidən Prezident Administrasiyasının rəhbəri təyin edilib.

Rusiya Təhlükəsizlik Şurasının sabiq katibi Nikolay Patruşev Rusiya dövlət başçısının köməkçisi təyin olunub.

Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini - Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov öz postunda qalıb.

Tula vilayətinin qubernatoru Aleksey Dyumin vəzifəsindən azad edilərək Putinin köməkçisi təyin olunub.

Aleksey Qromov Sergey Kiriyenko Prezident Administrasiyası rəhbərinin birinci müavinləri postlarını qoruyublar.

Maksim Oreşkin də Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib. O, bu təyinatadək Putinin köməkçisi vəzifəsini icra edib.

Dövlət Dumasının Mədəniyyət Komitəsinin rəhbəri Yelena Yampolskaya Rusiya Prezidentinin müşaviri təyin edilib.

Yuri Uşakov Vladimir Medinski dövlət başçısının köməkçiləri vəzifələrində qalıblar.

Həmçinin Dmitri Kozak, Maqomedsalam MaqomedovVladimir Ostrovenko Prezident Administrasiyası rəhbərinin müavinləri təyin ediliblər.