Peskov yenə qırmızı şalvarda - Fotolar

peskov-yene-qirmizi-salvarda
Oxunma sayı: 2597

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun xanımı, fiqurlu konkisürən Tatyana Navka İnstaqram hesabında əri ilə qızının şəkillərini paylaşıb.

Qafqazinfo” xəbər verir ki, fotolardan birində üzərində qırmızı rəngli şalvar və əlində qırmızı lapatka olan Peskovun qızını xizəklə sürdüyü görünür. Onun bu fotoları izləyicilər tərəfindən maraqla qarşılanıb və şəkillərə minlərlə “like” gəlib.

Xatırladaq ki, D. Peskov bir müddət öncə avtoyuma mərkəzlərindən birində də qırmızı şalvarla görüntülənmiş, bu geyimi müzakirələrə səbəb olmuşdu.