Peskovdan Dudanın “anormal ölkə” sözünə cavab

peskovdan-dudanin-anormal-olke-sozune-cavab
Oxunma sayı: 2402

“Ölkəmizə qarşı nifrətin, təəssüf ki, prezident də daxil olmaqla, bəzi polşalı siyasətçilərin gözlərində pərdə olmasından məyusuq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Polşa Prezidenti Ancey Dudanın Rusiyanı “anormal ölkə” adlandırmasına münasibət bildirərkən deyib.

O, polşalı rəsmilərin ifadələrini qəbuledilməz adlandırıb və Polşa Prezidentini Rusiyaya nifrətdə günahlandırıb.

“Belə ifadələrə yanaşmamız mənfidir, xoşumuza gəlmir və qəbul etmirik. Rusiya dost, güclü, özündən əmin və tamamilə azad bir ölkədir. Rusiya bu üstünlüklərə malik olduğu halda, Polşa daxil olmaqla, bütün qonşuları ilə qarşılıqlı mənfəətə sğykənən dostanə əlaqələr axtarışındadır”.