Peskovdan Putin-Makron görüşünə dair açıqlama

peskovdan-putin-makron-gorusune-dair-aciqlama
Oxunma sayı: 1766

Rusiya və Fransa Prezidentləri Vladimir Putinlə Emmanuel Makron Moskvada görüşün yekunlarına dair keçirdikləri birgə mətbuat konfransından sonra danışıqları davam etdiriblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Onun sözlərinə görə, liderlər mətbuat konfransından sonra təqribən 20 dəqiqə söhbət aparıblar.

Xatırladaq ki, dünən Putin və Makron arasında danışıqlar 5 saatdan bir qədər artıq davam edib. Prezidentlər danışıqlardan sonra birgə mətbuat konfransı keçiriblər.