Peskovdan Türkiyə ilə fikir ayrılıqlarına münasibət

peskovdan-turkiye-ile-fikir-ayriliqlarina-munasibet
Oxunma sayı: 3668

“Krımla bağlı Türkiyənin mövqeyi-  Moskva ilə Ankara arasındakı ciddi fikir ayrılıqlarından biridir. Rusiya Federasiyası səbrlə öz rəyini türk tərəfdaşlarına çatdırır”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Onun sözlərinə görə, Rusiya ilə Türkiyə arasındakı münasibətlər regional təhlükəsizlik və sabitliklə yanaşı, Moskva və Ankara üçün də vacibdir.

“Bu münasibətlər qarşılıqlı faydalılıq xarakteri daşıyır və bir-birlərinin daxili işlərinə qarışmamaq və bir-birlərinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Eyni zamanda, əlbəttə ki, münasibətlərimizdə fikir ayrılıqları var. Krım ciddi bir fikir ayrılığıdır, burada tamamilə fərqli bir baxış bucağımız var. Biz türk həmkarlarımızı Krımla bağlı tutarlı mövqeyimiz barədə məlumatlandırmağa davam edəcəyik”,- deyə Peskov qeyd edib.