Müğənni Yavuz Bingöllə ötən ay boşanan Özykü Gürman “Renkli sayfalar” verilişinin qonağı olub.
“Qafqazinfo” xəbər verir ki, müğənni boşanmağı barədə ilk dəfə geniş açıqlama verib.
Öykü yenidən ailə qurmaq istədiyini söyləyib:
“Bu evlilikdən çox yoruldum. Həyatda yeni bir təcrübə qazandım. Evlilik çətin bir prosesdir. Həmçinin də məsuliyyətli olmağın lazımdır. Doğru insanı tapırsansa, məncə evlilik mükəmməl bir şeydir. Bu münasibəti ayaqda saxlamaq üçün çox əmək verdim. İnsan yola getmirsə, münasibəti dayandırmalıdır. Yavuz bəy də bu evliliyi xilas etmək üçün çox şey etdi. İndi peşman deyiləm, yenidən ailə qurmaq barədə düşünürəm. Çünki övladımın olmağını istəyirəm”.
Xatırladaq ki, Yavuz Bingöl gecələri davamlı olaraq bayırda olduğu , mədəniyyət mərkəzində qaldığı iddia olunmuşdu.
Öykü Gürman “Evə yatmaq üçün gəlirsən, belə evlilik olmaz”,- cümləsi münasibətləri daha da gərginləşdirmişdi.
Yavuz Bingöl evi bir ay əvvəl tərk etmiş, boşanmaq barədə məhkəməyə müraciət etmişdi.
Qeyd edək ki, cütlük 3 il sevgili olduqdan sonra 2015-ci ildə ailə həyatı qurmuşdu.
Son xəbərlər
Son Xəbərlər