“Peşmançılıq çəkmək istəmirəm...”

pesmanciliq-cekmek-istemirem
Oxunma sayı: 2659

Əməkdar artist Sənubər İsgəndərli canlandırdığı üçün peşman olduğu rollarından danışıb.

“Qafqazinfo”ya açıqlamasında əməkdar artist ad çəkməsə də, film təkliflərinə ehtiyatla yanaşdığını bildirib: “Elə bir rol yoxdur ki, onun arzusunda olum. Bu saat başımda min fikir var, rol fikirləşə bilmirəm. İstəyirəm ki, çoxlu filmlər, seriallar çəkilsin, biz də rol alaq. Gördüyümüz işin peşmançılığını çəkməyək. Aktrisayam, film təklifi dəyərləndirib çəkilirəm. Sonra ekran işinə baxanda peşman oluram. Peşmançılıq çəkmək istəmirəm, ömür-gün gedir. 5 il sonra indiki Sənubər olmayacam. Nə qədər can sağlığım var, Allah ömür verib, çalışacam aktrisalıq edim. Çünki işimi sevirəm”. Aktrisa yeni çəkilən filmlərdən də söhbət açıb: “Az büdcə ilə nəsə etməyə çalışan gənclər qəhrəmandırlar. İstedadlı uşaqlar var, maddi durumları yoxdur. Bu gün pulu qeyri-peşəkarlar qazanır, asanlıqla qazanc əldə edirlər. Sponsorlarımız ürəkli olub peşəkarlara pul ayırsalar, incəsənətimiz inkişaf edərdi. Mən gənc rejissorlarla böyük məmnuniyyətlə çalışıram. İstedadlı rejissora qapım açıqdır. Aktyor rejissora inanmalıdır, rejissor sənəti aktyorluqdan bir pillə yuxarıdır”.

Könül