Peşmərgə İsraildən hərbi dəstək almır, ancaq siyasi...

pesmerge-israilden-herbi-destek-almir-ancaq-siyasi
Oxunma sayı: 1132

Peşmərgə İsraildən hərbi dəstək almır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə kürd hərbiləşdirilmiş birləşmələrinin komandanı general Sirvan Bərzani danışıb. Onun sözlərinə görə, Tel-Əviv Ərbilə siyasi dəstək olmur. 

S.Bərzani “Bu gün biz çox çətin vəziyyətdəyik. Bu, kürdlərin tarixində keçid dövrüdür. Bizi ciddi şəkildə dəstəkləyənləri gələcəkdə unutmayacağıq. Onların arasında bu gün İsrail var. Bizim onlarla sərhədimiz, ümumi hava nəqliyyatımız yoxdur. Buna görə də onlardan heç bir hərbi yardım gəlmir. Ancaq siyasi, mənəvi dəstək var. Biz İsrailin baş nazirinə minnətdarıq”,- deyib. 

Qeyd edək ki, bu gün İraq Kürd Regional Hökumətinin keçirdiyi müstəqillik referendumunu yalnız İsrail dəstəkləyir.

Aysel Kərimova