Türkiyəli müğənni Petek Dinçöz Ermənistan vətəndaşı olan pərəstişkarını məhkəməyə verib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Argan. A adlı gənc balıqçı gəmisi ilə müğənninin Yeniköydə yerləşən tarixi villasına gəlib.
Xüsusi təhlükəsizlik işçiləri tərəfindən fərq edilib nəzarətə alınan Argan A. ifadə verib.
O, ifadəsində Petek Dinçözlə görüşmək üçün Yerevandan İstanbula gəldiyini bildirib.
Argan A. haqqında “mənzil toxunulmazlığını pozma” ittihamı ilə 2 ilə qədər həbs istəyiylə iddia açılıb.
Son xəbərlər
Son Xəbərlər